Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub.
Sağlamlıq
11 Sentyabr , 2021 18:22
Peyvənd olunanların sayı açıqlanıb

Sentyabrın 11-də Azərbaycanda 64 520 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 234 nəfər təşkil edib.

Azərbaycanda bu günədək vurulan vaksinlərin ümumi sayı 7 557 554, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 488 930, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 068 624 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi