Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 231 vaksin vurulub.
Sağlamlıq
14 Noyabr , 2021 18:32
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 231 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 178, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 18 861 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 092 423, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 022 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 480 614, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 589 459 təşkil edir.

Son xəbərlər

Orphus sistemi