Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 854 vaksin vurulub.
Sağlamlıq
26 Mart , 2022 18:44
Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 6 854 vaksin vurulub.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, son gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 345, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 750, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 391, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 368 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 395 825, birinci doza peyvəndlərin ümumi sayı 5 320 787, ikinci doza vaksinlərin sayı 4 817 513 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 031 776, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 225 749 olub.

Son xəbərlər

Orphus sistemi