Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 926 vaksin vurulub.
Sağlamlıq
445
7 Dekabr , 2021 16:33
Peyvənd olunanların sayı açıqlanıb
0 : 00
0 : 00

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 926 vaksin vurulub.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 572, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 617 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 26 737 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 739 068, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 103 256, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 597 903 nəfər təşkil edir.

Ümumilikdə isə 1 037 909 buster doza vurulub.

Son xəbərlər

Orphus sistemi