Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son gündə koronavirus əleyhinə 5 046 vaksin vurulub.
Sağlamlıq
5 May , 2022 16:33
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son gündə koronavirus əleyhinə 5 046 vaksin vurulub.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 527, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 523, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 645 nəfərdir. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 351-dir.

İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 658 768, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 868, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 841 135, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 236 032, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 733 nəfərdir.

Son xəbərlər

Orphus sistemi