Penitensiar müəssisələrdə 1055 vərəm xəstəsi müalicəyə cəlb olunub

Penitensiar müəssisələrdə 1055 vərəm xəstəsi müalicəyə cəlb olunub Bakı. 6 noyabr. REPORT.AZ/ “İndiyə qədər penitensiar müəssisələrdə 1055 vərəm xəstəsi müalicəyə cəlb olunub”.
Sağlamlıq
6 Noyabr , 2018 16:15
Penitensiar müəssisələrdə 1055 vərəm xəstəsi müalicəyə cəlb olunub

Bakı. 6 noyabr. REPORT.AZ/ “İndiyə qədər penitensiar müəssisələrdə 1055 vərəm xəstəsi müalicəyə cəlb olunub”. 

“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin vərəm üzrə baş inspektoru Famil Məmmədov deyib. 

O bildirib ki, həmin məhkumlarda aşkarlanan xəstəlik dərmana davamlı (DD) sayılıb və müalicəsi başa çatanlar arasında uğurlu nəticə 80 faiz olub: "Hazırda 98 nəfər DD xəstənin müalicəsi davam etdirilir. Onlardan 69 nəfəri ixtisaslamış müalicə müəssisələrdə, 29 nəfəri isə mülki sektordadır. 2017-ci ilin may ayında etibarən pre-GDD və GDD formalı vərəmli xəstələrin müalicə sxemlərində yeni dərman preparatları (Bdq, Dlm, Lzd, Cfz, imp və Amx/Clv) tətbiq edilir. Bu müddətdə 28 xəstəyə müalicə kursunun əvvəlindən yeni preparatlar təyin olunub. 39 xəstənin mövcud müalicə sxeminə sonradan yeni preparatlar (Lzd, Cfz) əlavə edilib”.

F.Məmmədovun sözlərinə görə, yeni preparatlar qəbul edən xəstələrin 21 faizində İİV, 45 faizində HCV, 3 faizində HBV, 6 faizində şəkərli dibaet kimi yanaşı gedən xəstəliklər də aşkarlanıb: “Penitensiar müəssisələrdə vərəm sahəsində əldə etdiyimiz uğurlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən digər ölkələrə də nümunəvi təcrübə kimi göstərilir. Hazırda həm dərmanlara həssas vərəm, həm də dərmanlara davamlı vərəmlərə qarşı uğurlu müalicə göstəriciləri yüksək səviyyədədir”.

Son xəbərlər

Orphus sistemi