"Patı"nın insan orqanizminə təsir göstərən fəsadları açıqlanıb

"Patı"nın insan orqanizminə təsir göstərən fəsadları açıqlanıb "Patı"nın təsirləri ondan ibarətdir ki, ilk növbədə maddələr mübadiləsini sürətləndirir".
Sağlamlıq
26 İyul , 2021 13:12
Patının insan orqanizminə təsir göstərən fəsadları açıqlanıb

"Patı"nın təsirləri ondan ibarətdir ki, ilk növbədə maddələr mübadiləsini sürətləndirir".

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin inspektoru, həkim-narkoloq Fərman Fərmanov deyib.

Onun sözlərinə görə, həmin narkotik vasitədən istifadə piy ehtiyatının parçalanmasına səbəb olur:

"Tədricən piy ehtiyatı tükəndikdən sonra əzələlərin parçalanması nəticəsində orqanizmin daxili imkanları hesabına enerjisini atır. Beləliklə, həmin şəxs artıq qidadan istifadə etməyə ehtiyac duymur. Şəxs aclıq və susuzluq hiss edə bilmir. "Patı"nın təsirləri nəticəsində süni enerji ehtiyatı çox olduğundan və aktivlik artdığından onlar bir çox şeyləri hiss etmir. Sonradan tədricən bu proseslər dərinləşdikcə orqanizmin daxili imkanları tükənir, immun sistemi o qədər zəifləyir ki, orqanizm məhv olunmuş vəziyyətə düşür".

Son xəbərlər

Orphus sistemi