Pandemiya uşaqların yuxu rejiminə necə təsir edib?

Pandemiya uşaqların yuxu rejiminə necə təsir edib? Koronavirusun yayılması ilə bütün dünyada pandemiyanın doğurduğu karantin şəraitində insanlar açıq havada daha az zaman keçirməyə və evdə qalmağa məcbur olublar. Təbii ki, uşaqlar da evdə, sosial təcrid və az ünsiyyət şəraitində, daha çox smartfon, tablet
Sağlamlıq
18 Avqust , 2020 16:40
Pandemiya uşaqların yuxu rejiminə necə təsir edib?

Koronavirusun yayılması ilə bütün dünyada pandemiyanın doğurduğu karantin şəraitində insanlar açıq havada daha az zaman keçirməyə və evdə qalmağa məcbur olublar. Təbii ki, uşaqlar da evdə, sosial təcrid və az ünsiyyət şəraitində, daha çox smartfon, tablet və bilgisayar kimi elektronik cihazlarla vaxt keçirərək açıq hava əyləncələrini bunlara dəyişməli olublar.

Bəs bu şərtlər altında uşaqların böyüməsində, onların əqli və fiziki inkişafında immunitetin möhkəmlənməsində mühüm rol oynayan yuxu rejimində hansı dəyişikliklər baş verib?

"Report" xəbər verir ki, "The New York Times" nəşri bu mövuzda məqalə dərc edib.

Məqalədə qeyd olunub ki, Çində 4, 56 yaşlarında ümumilikdə 1 619 uşaq araşdırmaya cəlb olunub və nəticələr oxşar uşaq qrupu üzərində 2018-ci ildə aparılmış müşahidələrin sonucları ilə müqayisə olunub.

Bəlli olub ki, pandemiya dönəmində daha çox evdə vaxt keçirməli olan uşaqlar 2 il öncəki göstəricilərə nisbətən 57 dəqiqə gec yatmağa gedir və səhərlər təxminən 1 saat daha gec oyanırlar.

Bundan başqa, 2018-ci il sonuclarına görə, gecə yuxusu ilə bərabər gün boyu da yuxuya vaxt ayıran uşaqlar 79,8 % təşkil etsə də, pandemiya dönəmində uşaqların yalnız 27,5 %-i gündüzlər də yatıb.

Araşdırmaçılar həmçinin valideynlər və dayələr arasında sorğu keçirib və məlum olub ki, uşaqlar pandemiya dövründə gecələr onları daha az narahat edib. 2 il öncəki sonuclarla qarşılaşdırdıqda uşaqlarda yuxusuzluq, gecələr yarımçıq oyanmalar, ağlama və aqressivlik daha az görülüb.

Boston uşaq xəstəxanasında əqli problemləri olan uşaqlar arasında aparılan araşdırmalarda da oxşar nəticələr əldə olunub.

Texaslı professor Adiaha Spinks-Franklin isə diqqəti daha çox elektronik cihazlara çəkib və onları "yuxunun 1 nömrəli düşməni" adlandırıb və onları uşaqlardan uzaq tutmağı vacib sayıb.

Məqalədə vurğulanıb ki, valideynlərin pandemiyaya görə uşaqlara daha çox zaman ayırması, onlara qayğı və şəfqət göstərməsi və ailələrin birlikdə əyləncəli vaxt keçirməsi ümumilikdə uşaqların yuxu rejiminə, sinir sisteminə və psixoloji durumuna müsbət təsir edib.

Son xəbərlər

Orphus sistemi