Ötən il qida obyektlərində aparılan yoxlamaların sayı açıqlanıb

Ötən il qida obyektlərində aparılan yoxlamaların sayı açıqlanıb Ötən il Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida obyektlərində 5 028 yoxlama aparıb.
Sağlamlıq
5 Mart , 2024 15:58
Ötən il qida obyektlərində aparılan yoxlamaların sayı açıqlanıb

Ötən il Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida obyektlərində 5 028 yoxlama aparıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib.

Qeyd olunub ki, həyata keçirilən nəzarət tədbirləri nəticəsində insan həyatına və sağlamlığına təhlükə yaradan qanun pozuntuları ilə bağlı 3 446, məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı 2 572 qərar qəbul edilib. Qida zəncirinə nəzarət tədbirləri nəticəsində istehlak üçün yararsız hesab edilən 5,3 min ton və 78,8 min vahid məhsul məhv edilib, 48 ton məhsul isə utilizasiya olunub.

Eyni zamanda, idxal-ixrac əsasında ümumilikdə 3 min ton və 69,7 min vahid məhsul məhv edilib, 16,3 min ton və 8,8 min vahid məhsul zərərsizləşdirilib, 1,3 min ton məhsul utilizasiya edilib, 82 998 vahid məhsul isə ixracatçı ölkəyə geri qaytarılıb.

Hesabat dövründə 19 yeni heyvan kəsimi məntəqəsi qida təhlükəsizliyi qeydiyyatına alınıb. Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində görülmüş tədbirlərlə əlaqədar 17,7 min qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq aparılıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 2,2 min qida subyekti haqqında İnzibati xəta barəsində protokol tərtib olunub, 42 qanunsuz kəsim məntəqəsinin kəsim qurğuları sökülüb, 221 müəssisədə isə qanunsuz olaraq yenidən bərpa edilmiş metal konstruksiyalar təkrar sökülərək, digər zəruri tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi