Ötən il Azərbaycanda 42 hamilə qadında İİV aşkarlanıb

Ötən il Azərbaycanda 42 hamilə qadında İİV aşkarlanıb “İİV-ə yoluxmuş 10 uşaq daimi qeydiyyata götürülüb”
Sağlamlıq
1188
1 Mart , 2017 12:55
Ötən il Azərbaycanda 42 hamilə qadında İİV aşkarlanıb

Bakı. 1 mart. REPORT.AZ/ “Ötən il Respublika QİCS-lə Mübarizə Mərkəzində 170 mindən çox hamilə qadın İİV-infeksiyasına görə müayinə olunub”.

Bunu “Report”a açıqlamasında Respublika QİCS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərli deyib.

A.Nəzərli bildirib ki, onların 42 nəfərində İİV aşkarlanıb və qeydiyyata götürülüb: “Bu qadınların hər biri dünyaya sağ körpə gətirib”.

Şöbə müdirinin sözərinə görə, 2016-cı ildə İİV-ə yoluxmuş 10 uşaq mərkəzdə daimi qeydiyyata götürülüb: “Yeni dünyaya gəlmiş körpələr dərhal qeydiyyata götürülmür. 18 ay ərzində onlar müşahidədə olurlar. 18 aydan sonra analizləri götürüb baxırıq. Çünki 18 ay ərzində anadan olan anticisimlər orqanizmdə qalır. Əgər bu müddətdən sonra onların qanında anticimlər təyin olunmursa, onda onlar qeydiyyatdan çıxarılır. Ötən il qeydiyyata götürülən uşaqların yaşları fərqlidir: 3 yaşa qədər olan da var, 3 yaşdan yuxarı olan da”.

Son xəbərlər

Orphus sistemi