Ötən il Azərbaycanda 2752 əkiz, 117 üçəm doğulub

Ötən il Azərbaycanda 2752 əkiz, 117 üçəm doğulub Bakı. 18 fevral. REPORT.AZ/ Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ötən il 138982 nəfər doğulmuş körpə qeydə alıb.
Sağlamlıq
25446
18 Fevral , 2019 12:24
Ötən il Azərbaycanda 2752 əkiz, 117 üçəm doğulub

Bakı. 18 fevral. REPORT.AZ/ Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ötən il 138982 nəfər doğulmuş körpə qeydə alıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib. Körpələrdən 2752-si əkiz, 117-si isə üçəm doğulanlardır. Bu göstərici Dağlıq Şirvan (əhalinin hər min nəfərinə 16,3), Lənkəran, Aran və Quba-Xaçmaz (15,4), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.

Ötən il ölkədə 57250 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,8 təşkil edib.

Son xəbərlər

Orphus sistemi