Ötən ay nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS, 18 nəfərdə sifilis, 325 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb

Ötən ay nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS, 18 nəfərdə sifilis, 325 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb Bakı. 11 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında 10 738 nəfər nikaha daxil olmaq üçün müayinədən keçib.
Sağlamlıq
11 Dekabr , 2017 15:46
Ötən ay nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS, 18 nəfərdə sifilis, 325 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb
Report/Firi Salim

Bakı. 11 dekabr. REPORT.AZ/ "Bu ilin noyabr ayında 10 738 nəfər nikaha daxil olmaq üçün müayinədən keçib".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, müayinədən keçənlərin 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə QİÇS aşkarlanıb.

Z.Əlimirzəyeva bildirib ki, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub: "Bu müddət ərzində 23 hamilə qadında prenatal müayinə aparılıb. Onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlam olub". 

"Bu il ərzində 127 173 nəfər müayinədən keçib. Onlardan 13 794 nəfərdə talassemiya daşıyıcılığı, 422 nəfərdə sifilis, 103 QİÇS, 38 nəfərdə isə talassemiya daşıyıcılığı olan cütlüklər tapılıb" -  o qeyd edib.

Son xəbərlər

Orphus sistemi