Bakı. 17 iyun. REPORT.AZ/ "İndi artıq əminliklə deyə bilərik ki, ölkənin səhiyyə ocaqlarında Azərbaycan vətəndaşlarına yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər bir şərait yaradılıb". "Report" xəbər verir ki, bunu səhiyyə naziri
Nazirin sözlərinə görə, bu, həm səhiyyə müəssisələrinin tikintisi və əsaslı təmiri, həm müasir cihazlarla təchizatı, həm də avadanlıqla, dərman vasitələri ilə təminatına aiddir: "Əgər cəmi 5 il əvvəl biz əhalinin dövlət tibb müəssisələrinə etibarını qazanmağa çalışırdıqsa, müraciətlərin sayının çoxalmasına sevinirdiksə, indi bu vəzifələr artıq çoxdan həll edilib. Artıq ölkədə əvvəllər, ümumiyyətlə, olunmayan çox mürəkkəb əməliyyatlar aparılır, o cümlədən böyrəkköçürmə, qaraciyər transplantasiyası, açıq ürək əməliyyatları geniş vüsət alıb, dünyanın ancaq ən qabaqcıl dövlətlərində həyata keçirilən digər çətin əməliyyatlar edilir. Bu ildən etibarən daha bir yenilik Yanıq Mərkəzində plastik rekonstruktiv cərrahiyyə əməliyyatlarının icra edilməsidir. Özü də cərrahiyyədə tək kəmiyyət artmayıb, həm də keyfiyyət yüksəlib. Yəni əməliyyatların sayı artsa da, əməliyyatdan sonra ölüm halları dəfələrlə azalıb".
Nazir deyib ki, səhiyyə sahəsində dövlət proqramları uğurla yerinə yetirilir: "İrsi qan xəstəlikləri ilə mübarizədə ciddi irəliləyişlər var.