Oğuz rayonunda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri gücləndirilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonda xüsusi karantin rejimində sanitar epidemioloji normalara əməl olunması üçün sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır.
Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri şəhər ərazisində yerləşən dövlət müəsisələrində, çoxmənzilli yaşayış binalarında, ticarət və xidmət obyektlərində, prospekt və küçələrdə, ödəniş terminalları və bankomatlarda, o cümlədən parklarda, avtovağzalda və uşaq bağçalarında həyata keçirilib.
Aparılan dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd rayon sakinlərini bu pandemiyadan qorumaqdır. Vətəndaşlardan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.