Ötən il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

Ötən il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb Bakı şəhərindəki poliklinikalarında və bölgələrdə "diabet pəncərəsi" xidmətinin yaradılması planlaşdırılır
Sağlamlıq
113
25 May , 2017 11:39
Ötən il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

Bakı. 25 may. REPORT.AZ "Ötən ilin sonuna olan məlumata görə, Respublika Endokrinoloji Mərkəzində şəkərli diabet xəstəliyi ilə 226 952 nəfər qeydiyyatda olub. Halbuki 2015-ci ildə analoji göstərici 209 377 nəfər təşkil edib".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek deyib.

Hazırda ölkə əhalisinə 60-dan çox endokrinoloji kabinetlərin xidmət göstərdiyini vurğulayan B.Salek bildirib ki, "2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı" çərçivəsində ölkədə qalxanabənzər vəzi xəstəliyindən əziyyət çəkən insanların müayinə və müalicə məqsədi ilə davamlı addımlar atılır: "Proqram çərçivəsində həm də digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub".

Onun sözlərinə görə, Bakı şəhərindəki poliklinikalarında və bölgələrdə "diabet pəncərəsi" xidmətinin yaradılması planlaşdırılır: "Həmçinin, şəkərli diabetlə xəstə pasiyentlərin müayinəsinin və müalicəsinin, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registrin yaradılması istiqamətində işlər aparılır".

O əlavə edib ki, ölkədə şəkərli diabetin fəsadlarının profilaktikası məqsədilə diabet məktəbləri mövcuddur: "Bu məktəblər Bakı ilə yanaşı, regionlarda da fəaliyyət göstərir". 

Son xəbərlər

Orphus sistemi