Nuran Abdullayev: "Hər bir COVID-19 modelinin nəticəsi elmi əsaslandırılmalıdır"

Nuran Abdullayev: "Hər bir COVID-19 modelinin nəticəsi elmi əsaslandırılmalıdır" Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev “Report”un suallarını cavablandırıb.
Sağlamlıq
1 May , 2020 10:56
Nuran Abdullayev: Hər bir COVID-19 modelinin nəticəsi elmi əsaslandırılmalıdır
Nuran Abdullayev

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev “Report”un suallarını cavablandırıb.

- Nuran bəy, Sinqapur Texnologiya və Dizayn Universiteti Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə koronavirus pandemiyasının bitmə tarixinə dair proqnozlarını açıqlayıblar. Alimlərin hesablamalarına görə, Azərbaycanda koronavirus pik həddə aprelin 8-də çatıb. Bildirilib ki, pandemiya mayın 7-də 97%, mayın 18-də 99%, iyunun 15-də isə 100% bitəcək. Sizin fikrinizcə, bu proqnozların doğru olmaq ehtimalı nə qədərdir?

- Ümumiyyətlə, dünyanın dörd bir tərəfindən olan fərqli elm institutlarının tərtib etdiyi modellər əsasında ölkələr üçün proqnozlar verilir. Mən sizin yuxarıda qeyd etdiyiniz modelin nəticələri ilə tanışam, sadəcə bu modelin təqdimatında çatışmayan cəhət epidemioloji modellərdə əsas olan bir məqamın qeyd olunmamasıdır. Bu, adətən əksər modellərdə istifadə olunan vacib bir əmsaldır ki, bununla da yoluxanların sayının iki dəfə artmasının neçə gündən sonra baş verdiyi müəyyən edilir. Burada daha önəmli məsələlərdən biri isə Azərbaycanda virusun yayılmasının qarşısının alınması məqsədi ilə atılan addımların nəticəsinin də modeldə müvafiq şəkildə nəzərə alınmasıdır ki, o məsələyə də aydınlıq gətirilməyib. Bu sadaladığım göstəricilər bildirilərsə o zaman model əsasında olan proqnozun nə qədər həqiqətləri əks etdirməsi dəqiq bəlli olar.

-Necə düşünürsünüz, COVID-19 problemi dünyada, o cümlədən Azərbaycanda nə zaman bitəcək?

-Virusun dünya ölkələrində yayılma tezliyi və ölkələrin onunla mübarizə taktikaları fərqli olduğundan ümumiləşdirib cavab vermək elmi tərəfdən doğru deyil. Elmi cəhətdən dəqiq cavab vermək üçün təbii ki, virusu gizli keçirənlərin sayının da bilinməsi vacib faktordur. Bu istiqamətdə də müxtəlif ölkələrdə, eləcə də Almaniyada da artıq fərqli elmi tədqiqatlara başlanılıb. Azərbaycana gəldikdə, onu deyə bilərəm ki, bizim də elmi işçi qrupumuz bir model əsasında müəyyən statistik məlumatları ictimaiyyətə çatdırmışdı və o modeldə mən yuxarıda qeyd etdiyim bütün vacib göstəricilər nəzərə alınmışdı. Simulyasiyalarımızın birində biz də müəyyən zaman fərqi ilə təqribən eyni nəticəni almışdıq. Amma burada çox maraqlı və elmi tədqiqat tələb edən məqam ölənlərin sayının aydınlaşdırılması ilə bağlıdır ki, burada da fərqli elmi müzakirələr irəli sürmək mümkündür.

Qeyd edək ki, tibb elmləri doktoru Nuran Abdullayev COVID-19 virusunun öyrənilməsi istiqamətində dünyanın elmi ictimaiyyətinə elmi araşdırma təqdim edən ilk azərbaycanlı alimdir.

Son xəbərlər

Orphus sistemi