Nizami Tibb Mərkəzi fəaliyyətə başlayıb

Nizami Tibb Mərkəzi fəaliyyətə başlayıb Nizami Tibb Mərkəzi fəaliyyətə başlayıb.
Sağlamlıq
1401
30 İyun , 2021 14:46
Nizami Tibb Mərkəzi fəaliyyətə başlayıb

Nizami Tibb Mərkəzi fəaliyyətə başlayıb.

“Report”un məlumatına görə, mərkəz 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının bazasında yaradılıb.

Beş mərtəbəli tibb müəssisəsi 74 çarpayılıqdır. Burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, stasionar nevrologiya və reanimasiya şöbələri fəaliyyət göstərir. Bütün şöbələr müasir tibbi avadanlıqlarla təchiz olunublar.

İyunun 30-u İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, Nizami Tibb Mərkəzi özündə dörd tibb müəssisəsini birləşdirir. Bunlar 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 7 nömrəli Doğum Evi və “Azərsutikinti” Xəstəxanasıdır. Sözügedən tibb müəssisələrinin fəaliyyəti Nizami Tibb Mərkəzi tərəfindən həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi