NCID: Koronavirusun əlamətləri uzun müddət özünü göstərir

NCID: Koronavirusun əlamətləri uzun müddət özünü göstərir NCID: Koronavirusun əlamətləri uzun müddət özünü göstərir
Sağlamlıq
328
10 İyul , 2021 12:31
NCID: Koronavirusun əlamətləri uzun müddət özünü göstərir

COVID-19 virusunun əsas əlamətləri, o cümlədən öskürək, tənginəfəslik, taqətsizlik, başgicəllənməsi, yuxusuzluq yoluxmadan sonra altı ayadək özünü göstərə bilər.

“Report” “The Straits Times”a istinadən xəbər verir ki, bu Sinqapur Milli Yoluxucu Xəstəliklər Mərkəzində (NCID) aparılan tədqiqat zamanı aydın olub.

Həmçinin əlamətlərin bu qədər uzun müddət ərzində üzə çıxmasının xəstəliyin ağır, yaxud yüngül keçməsi ilə bağlı olmadığı bildirilir. Belə ki, həmin vəziyyətə səbəb olan qandakı zülallar ürək-damar xəstəliklərə gətirib çıxara bilər.

NCID ekspertlərindən Barnabi Yanq bildirib ki, koronavirusdan daha çox zərər çəkən ağciyərlə yanaşı, bəzi xəstələrdə damarlardakı problem qan dövriyyəsinin pozulması təhlükəsi yaradır.

Son xəbərlər

Orphus sistemi