Nazirlik rəsmisi Yaponiya şirkətinin Azərbaycanda zavod qurması məsələsinə münasibət bildirib

Nazirlik rəsmisi Yaponiya şirkətinin Azərbaycanda zavod qurması məsələsinə münasibət bildirib Elsevər Ağayev: Yaponların Azərbaycanda dərman zavodu qrumaq niyyətlərinin reallaşmasını istərdik"
Sağlamlıq
3234
8 Sentyabr , 2016 20:10
Nazirlik rəsmisi Yaponiya şirkətinin Azərbaycanda zavod qurması məsələsinə münasibət bildirib

Bakı. 8 sentyabr. REPORT.AZ/ “Azərbaycan xarici ölkələrin əczaçılıq şirkətlərinin ölkəmizdə əczaçılıq sənayesinə səramə qoymasında maraqlıdır. Ancaq hər niyyət bunun həyata keçməsi demək deyil”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Nazir müavininin sözlərinə görə, Yaponiyadan böyük bir əczaçılıq şirkətini təmsil edən nümayəndə heyəti Azərbaycna gəlmişdi: “Bu məsələ Yaponiya ilə Azərbaycan arasında hökumətlərarası komissiyanın da iclasında müzakirə olunub. İstərdik ki, onların Azərbaycanda dərman zavodu qrumaq niyyətləri reallaşsın. Eyni zamanda, Rusiyanın, İranın, Almaniyanın, Türkiyənin şirkətlərinin Azərbaycanda dərman zavodları qurmaq üçün niyyətləri var. Ancaq bunu o zaman həyata keçmiş sayacağıq ki, gəlib zavodun təməlini qoysunlar və işə başlasınlar." 

E. Ağayev qeyd edib ki, Azərbaycanda hansı dərmanlara daha çox tələbatın olması ilə bağlı İqtisadiyyat Nazirliyi və dərman zavodu tikmək niyyətində olan şirkətlərin Səhiyyə Nazirliyi ilə məsləhətləşmələri olur: “Bir yalnız məsləhət verə bilərik, seçim isə əczaçılıq şirkətlərinindir. Bir də dərmanın adından çox onun forması önəmlidir. İstehsal prosesi dərmanın forması üçün qurulur, adı üçün yox. Yəni, istehsal prosesi tablet, inyeksiya məhsulları üçün qurulur. Dərman şirkətləri zavoda bu xətləri qurduqdan sonra istehsa dərman siymhıları ilə gəlcəkdə daha da dəqiqləşəcək. Azzərbaycanda əczaçılıq sənayesinin inkişafı ilə əlaqədar dövlət bşçısının tapşırığı var”.

Son xəbərlər

Orphus sistemi