Nazirlik rəsmisi: “Koronavirusun daim yeni mutasiyaları yaranacaq”

Nazirlik rəsmisi: “Koronavirusun daim yeni mutasiyaları yaranacaq” “Birinci doza vaksini vurdurduqdan sonra ikinci dozanı vurdurmayan şəxsin uzun müddətdən sonra vaksin üçün yenidən müraciət etməsi qüvvətləndirici dozanı vurdurması demək deyil”.
Sağlamlıq
659
15 Sentyabr , 2021 15:25
Nazirlik rəsmisi: “Koronavirusun daim yeni mutasiyaları yaranacaq”

“Birinci doza vaksini vurdurduqdan sonra ikinci dozanı vurdurmayan şəxsin uzun müddətdən sonra vaksin üçün yenidən müraciət etməsi qüvvətləndirici dozanı vurdurması demək deyil”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, həmin şəxs yenidən müraciət etdikdə ilk dozanı almış olacaq: “Sonradan mərhələli şəkildə ikinci və üçüncü dozanı qəbul etmiş olurlar”.

“Koronavirusun yeni mutasiyaları daim olacaq. Pandemiya hələ də davam edir. Nə qədər ki pandemiyanın qarşısı alınmayacaq, yeni mutasiyaların olması da qaçılmazdır. Buna görə də peyvəndləmə göstəricisi yüksək olmalıdır”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi