Nazirlik əhalini qrip əleyhinə peyvənd olunmağa çağırıb

Nazirlik əhalini qrip əleyhinə peyvənd olunmağa çağırıb “Səhiyyə Nazirliyi bu il ölkəyə qrip əleyhinə peyvəndlər gətirib. Peyvənd olunan şəxslər müəyyən qədər qrip virusundan qorunmuş hesab olunurlar. Onlar qripə yoluxsalar belə, xəstəliyi yüngül keçirirlər”.
Sağlamlıq
8 Fevral , 2023 15:20
Nazirlik əhalini qrip əleyhinə peyvənd olunmağa çağırıb

“Səhiyyə Nazirliyi bu il ölkəyə qrip əleyhinə peyvəndlər gətirib. Peyvənd olunan şəxslər müəyyən qədər qrip virusundan qorunmuş hesab olunurlar. Onlar qripə yoluxsalar belə, xəstəliyi yüngül keçirirlər”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov dəyişkən havalarda virusdan qorunmadan danışarkən deyib.

O bildirib ki, ilk növbədə risk qruplarına aid olan şəxslərin – azyaşlıların, hamilələrin, yaşı 65-in üzərində olanların, yanaşı xəstəliyi olanların qrip əleyhinə peyvənd olunması tövsiyə edilir.

T.Eyvazov əlavə edib ki, immun sisteminin yüksək olması üçün sağlam həyat tərzi və düzgün qidalanmaya üstünlük verilməlidir: “Vitaminlərin bol olduğu qida qəbulu vacibdir. İnsan özündə olan xəstəlikləri aşkar etmək üçün hər il tibbi müayinədən keçmək lazımdır. Bu halda ağır fəsadlardan qurtula bilərlər”.

Son xəbərlər

Orphus sistemi