Baş epidemioloq: "Azərbaycanda "donuz qripi"nin aşkarlandığı iddia olunan 16 nəfər sağlam vəziyyətdədir"

Baş epidemioloq: "Azərbaycanda "donuz qripi"nin aşkarlandığı iddia olunan 16 nəfər sağlam vəziyyətdədir" Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər.
Sağlamlıq
3942
1 Fevral , 2019 10:54
Baş epidemioloq: Azərbaycanda donuz qripinin aşkarlandığı iddia olunan 16 nəfər sağlam vəziyyətdədir
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev / Report/ Elchin Murad

Bakı. 1 fevral. REPORT.AZ/ "Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, həmin şəxslərdə adıçəkilən A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən təsdiqlənib: "Amma bu "donuz qripi" deyil, mövsümi qripdir".

ÜST-nin Azərbaycan üzrə ofisinin proqram koordinatoru Cəvahir Süleymanova isə bildirib ki, xəstələrə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil: "Çünki qrip virusu yalnız laborator şəraitdə təsdiqlənir. Yalnız laboratoriyada aparılmış müayinələrdən sonra xəstəyə qrip diaqnozu qoyula bilər".

Son xəbərlər

Orphus sistemi