Nazirlik: “Azərbaycanda iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil”
- 11 avqust, 2021
- 11:21
Yeniliklərdən dərhal xəbərdar olun!
“COVID-19 vaksinlərinin tərkibində antibiotik yoxdur. Ona görə də peyvənd vurdurmaqdan çəkinmək lazım deyil”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
O bildirib ki, əks göstəriş üçün həkim yoxlanışı lazımdır.
T.Eyvazov yoluxma saylarının artması məsələsinə də aydınlıq gətirib: “Yeni ştamların yoluxuculuğu daha yüksəkdir. O ölkələrdə ki vaksinasiya yüksək səviyyədədir, orada yoluxma sayı çox olsa da, gündəlik ölüm faktı aşağıdır. Bu da böyük nailiyyətdir. Azərbaycanda 5 milyon insana vaksin vurulsa da, iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil. Bu səbəbdən kütləvi vaksinasiyanın olması şərtdir. Gürcüstan və İranda isə bu sahədə vəziyyət olduqca acınacaqlıdır”.