TƏBİB-in icraçı direktoru: "Ölkədə koronavirusla əlaqəli ağır vəziyyətdə olan xəstələr yoxdur"

Sağlamlıq
  • 02 noyabr, 2023
  • 08:04
TƏBİB-in icraçı direktoru: Ölkədə koronavirusla əlaqəli ağır vəziyyətdə olan xəstələr yoxdur

"Bu gün ölkədə koronavirusla əlaqəli ağır, yəni kritik vəziyyətdə olan xəstələrimiz yoxdur".

"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda koronavirusla bağlı vəziyyət nəzarətdədir: "COVID-19-la bağlı TƏBİB-in tabeliyində bir modul tipli xəstəxana fəaliyyət göstərir. Orada xəstələr müalicə olunur, dərman təchizatı isə əvvəlki qaydada davam edir. Kritik vəziyyətdə olan xəstələrimiz yoxdur”.

44 filmi