Nazir müavini: İnsanlar iqlim dəyişikliyinin insan sağlamlığına təsirindən xəbərsizdir

Nazir müavini: İnsanlar iqlim dəyişikliyinin insan sağlamlığına təsirindən xəbərsizdir İnsanlar iqlim dəyişikliyinin insan sağlamlığına təsirindən xəbərsizdir.
Sağlamlıq
18 Dekabr , 2024 16:30
Nazir müavini: İnsanlar iqlim dəyişikliyinin insan sağlamlığına təsirindən xəbərsizdir
Nadir Zeynalov

İnsanlar iqlim dəyişikliyinin insan sağlamlığına təsirindən xəbərsizdir.

"Report" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov “Yaşıl gələcəyə könül ver” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunun da iki əsas səbəbi var:

"Dünyada iqlim dəyişikliyinin hələ əyani şəkildə olmaması və dəyişikliyin sağlamlığa birbaşa təsiri olmadığından insanlar bundan xəbərsizdir. Bəzən iqlim dəyişmələri sağlamlığa birbaşa da təsirə edə bilir. Buna misal istilik dalğasını göstərmək olar".

İqlim dəyişikliyinin sağlamlığa təsirinin ən böyük göstəricisi infeksion xəstəliklərin miqrasiya etməsidir:

"İqlim dəyişikliyi səbəbindən bəzi xəstəliklərin coğrafiyası dəyişir. Hətta bəzi Avropa ölkələrində orta illik temperatur o qədər artıb ki, Afrika ölkələrində olan infeksion xəstəliklər artıq Avropa ölkələrində miqrasiya edir".

Son xəbərlər

Orphus sistemi