Nazir müavini: "Autizm probleminin həllində daha mühüm nəticələrə nail ola bilərik"

Nazir müavini: "Autizm probleminin həllində daha mühüm nəticələrə nail ola bilərik" "Biz ələ-ələ verib autizm probleminin həllində daha mühüm nəticələrə nail ola bilərik".
Sağlamlıq
11 Mart , 2023 09:51
Nazir müavini: Autizm probleminin həllində daha mühüm nəticələrə nail ola bilərik
Nadir Zeynalov

"Biz ələ-ələ verib autizm probleminin həllində daha mühüm nəticələrə nail ola bilərik".

"Report" xəbər verir ki, səhiyyə nazirinin müavini Nadir Zeynalov Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib.

"Autizm problemi nə qədər erkən aşkarlanarsa, onların cəmiyyətə inteqrasiyası bir o qədər sürətli olur", - nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, zəruri müdaxilələr vaxtında həyata keçirilməlidir ki, uşaqların cəmiyyətə inteqrasiyası sürətli olsun:

"Belə uşaqların cəmiyyətə inteqrasiyası inklüzivlik qaydası ilə həyata keçirilir".

Nazir müavini qeyd edib ki, bu sahə ilə məşğul olan tibb işçiləri üçün davamlı treninqlər təşkil olunur:

"Biz ələ-ələ verib bu problemin həllində daha mühüm nəticələrə nail ola bilərik".

Son xəbərlər

Orphus sistemi