Naxçıvanda UNICEF-in nümayəndələri ilə immunizasiya proqramları müzakirə olunub

Naxçıvanda UNICEF-in nümayəndələri ilə immunizasiya proqramları müzakirə olunub BMT-nin Uşaq Fondu UNICEF-in nümayəndələri Naxçıvan Muxtar Respublikasında (MR) səfərdədirlər.
Sağlamlıq
26 Noyabr , 2024 10:35
Naxçıvanda UNICEF-in nümayəndələri ilə immunizasiya proqramları müzakirə olunub

BMT-nin Uşaq Fondu UNICEF-in nümayəndələri Naxçıvan Muxtar Respublikasında (MR) səfərdədirlər.

"Report"un yerli bürosunun məlumatına görə, səfər çərçivəsində muxtar respublikanın səhiyyə naziri Samiq Sadıxov ilə UNICEF-in Azərbaycan nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva arasında görüş keçirilib.

Görüş zamanı tərəflər regionda immunizasiya proqramlarının mövcud vəziyyəti, əhalinin vaksinasiya ilə əhatə olunma səviyyəsi barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, görüş zamanı qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və immunizasiya ilə bağlı gələcək addımların müəyyənləşdirilməsi məqsədilə müzakirələr aparılıb.

Qeyd olunub ki, səfərin əsas məqsədi muxtar respublikada immunizasiya proqramının həyata keçirilmə səviyyəsinin qiymətləndirilməsidir.

Son xəbərlər

Orphus sistemi