İcbari tibbi sığorta üzrə xidmətlər zərfində nəzərdə tutulmayan, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri tərəfindən həyata keçirilən bir sıra tibbi xidmətlərin ödəniş məbləği müəyyənləşdirilib.
"Report" xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Belə ki, qərara əsasən Naxçıvanın Səhiyyə Nazirliyinin tibb müəssisələri tərəfindən həyata keçirilən tibbi xidmətlərdən “sürücülük vəsiqəsi üçün tələb olunan sağlamlıq haqqında arayış”ın ödənişi üçün 30 manat, “digər sağlamlıq haqqında arayışlar” üçün isə 15 manat məbləğində vəsait müəyyən olunub.