​Naxçıvanda 2220 tələbə tibbi müayinələrə cəlb olunub

​Naxçıvanda 2220 tələbə tibbi müayinələrə cəlb olunub Bir sıra xəstəliklər aşkarlanıb
Sağlamlıq
5 Mart , 2016 11:01
​Naxçıvanda 2220 tələbə tibbi müayinələrə cəlb olunub

Bakı. 5 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin tələbə heyəti kütləvi tibbi müayinələrdən keçirilib.

"Report" xəbər verir ki, bu barədə muxtar respublikanının Səhiyyə Nazirliyindən məlumat verilib.

Belə ki, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası LOR üzrə həkiminin rəhbərliyi ilə müxtəlif səhiyyə müəssisələrinin ftiziatr, rentgenoloq, terapevt, nevropatoloq, stomatoloq, dermatoveneroloq, oftalmoloqlarından ibarət həkim komissiyası yaradılıb.

Naxçıvan Dövlət Universitetində noyabr ayından başlanmış profilaktik tibbi yoxlamalar başa çatıb. Keçirilən son tədbirdə 580 tələbə tibbi müayinələrlə əhatə olunub. 70 miopiya, 7 diş daşı, 23 burun-qulaq-boğaz, 10 terapevt, 12 dəri-zöhrəvi xəstəliyi aşkar edilib, onların daşıyıcıları olan tələbələrin müalicəsi üçün tibbi göstəriş verilib. 250 tələbə Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində flüoroqrafik müayinədən keçib, vərəm xəstəliyi aşkar edilməyib. Bütövlükdə aksiyanın əvvəlindən 2220 tələbə tibbi müayinələrə cəlb olunub, ciddi xəstəlik halları müşahidə edilməyib.

Hazırda tələbə heyətinin kütləvi profilaktik tibbi müayinəsinin ilkin nəticələri barədə nazirlikdə təhlillər aparılır. 

Son xəbərlər

Orphus sistemi