Nazirlik: "Virusa yoluxanların başqa xəstənin reseptindən istifadə etməsi yolverilməzdir"

Nazirlik: "Virusa yoluxanların başqa xəstənin reseptindən istifadə etməsi yolverilməzdir" “COVID-19 xəstəliyinin müalicəsində antibiotik istifadəsi insan orqanizmində immuniteti zəiflədərək ağciyərlərdə fəsadlaşmaya səbəb olur”.
Sağlamlıq
17 Noyabr , 2021 15:39
Nazirlik: Virusa yoluxanların başqa xəstənin reseptindən istifadə etməsi yolverilməzdir

“COVID-19 xəstəliyinin müalicəsində antibiotik istifadəsi insan orqanizmində immuniteti zəiflədərək ağciyərlərdə fəsadlaşmaya səbəb olur”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, bəzən xəstəxanaya çatanda həkimlər xəstənin müalicəsində istifadə olunan antibiotik növünü ayırd etməkdə çətinlik çəkir: “Halbuki koronaviruslu xəstələrin cəmi 8 %-də antibiotik istifadəsi zəruri ola bilər. Ancaq bugünkü reallıq odur ki, 100 xəstənin hamısında antibiotik istifadəsi müşahidə olunur. Bu, ancaq xüsusi göstərişlə və həkim rəyi əsasında olmalıdır. Bundan başqa, oksigen dəstəyinə ehtiyacı olmayan xəstələrə hormonların verilməsi də ziyandır. Bu, yalnız oksigen dəstəyinə qoşulanlar üçün olmalıdır. Digər qüsur müxtəlif qan durulducu dərmanların qəbuludur. Bu, lazım deyil. Əgər bədəndə kiçik yara varsa, qan durulducu dərmanlar qanaxmalara yol aça bilər. Hətta ölüm halları da baş verə bilər. Yalnız mütəxəssis və səriştəsi olan həkim bunu yaza bilər”.

“Xəstələrin müəyyən hissəsini tibb bacıları müalicə edir. Yaxud virusa yoluxanlar başqa xəstənin reseptindən istifadə edir. Hər xəstənin orqanizmi fərqlidir. Yalnış müalicələr ağırlaşmalara gətirib çıxara bilər. Pandemiyanın elə mərhələsindəyik ki, kifayət qədər vaksinasiya hədəflərinə çatılmayıb. Mutasiya virusun daha yoluxucu formaya gəlib çatmasına zəmin yaradıb. Digər respirator infeksiyalar xəstəliklərin çoxalmasına şərait yaradır. Biz daha ehtiyatlı olmalıyıq. Kütləvi vaksinasiyada iştirak etməliyik. Belə hallar kütləvi olarsa, infeksiyaya müəyyən mənada qalib gələ biləcəyik” – mütəxəssis əlavə edib.

Son xəbərlər

Orphus sistemi