Mütəxəssis: Su yerinə alkoqol və enerji içkiləri bədəndə maye balansını tənzimləmir

Mütəxəssis: Su yerinə alkoqol və enerji içkiləri bədəndə maye balansını tənzimləmir İmmunu gücləndirən ən önəmli faktor düzgün və qaydalı şəkildə qidalanmadır, xüsusilə də mövsümi meyvə və tərəvəzə üstünlük verilməlidir.
Sağlamlıq
3 Aprel , 2024 15:20
Mütəxəssis: Su yerinə alkoqol və enerji içkiləri bədəndə maye balansını tənzimləmir

İmmun sistemini gücləndirən ən önəmli faktor düzgün və qaydalı şəkildə qidalanmadır, xüsusilə də mövsümi meyvə və tərəvəzə üstünlük verilməlidir.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, immun çatışmazlığının əsas göstəricilərindən biri tez-tez xəstələnmədir. Bunun üçün mütləq həkimə müraciət edilməli, lazımi müayinələr aparılmalıdır: "Əgər bir insanda güclü immun çatışmazlığı varsa, burada meyvə yemək də tək çarə deyil. Doğru yuxu rejimi, aktiv qidalanma və aktiv həyat rejimi sağlam immun rejimini formalaşdırır. Hətta stress belə immun çatışmazlığı yarada bilər. "Fasd food" və oturaq həyat tərzi immun sistemini kəskin zəiflədir. Dünya statistikası da göstərir ki, bu formada həyat tərzi keçirənlər digərləri ilə müqayisədə daha tez-tez xəstələnirlər".

Terapevt qeyd edib ki, alkoqollu içkilərdən, tütündən istifadə immun sistemini zəiflədən amillərdir. Bəzən insanlar su yerinə enerji içkiləri və ya xüsusi içkilərə üstünlük verirlər. Suyu əvəz edəcək heç nə yoxdur. Ona görə də insanlar bədəndəki maye balansını ancaq su ilə yerinə yetirsinlər".

O, həmçinin bildirib ki, bədəndə qızılca kimi xəstəliklərə qarşı süni immunitet formalaşdırılmalıdır: "Ona görə peyvəndləmə önəmlidir. Bununla həm xəstəliklərin yayılmasının qarşısı alınır, həm də xəstəliyə yoluxanlar onu yüngül keçirir".

Son xəbərlər

Orphus sistemi