ÜST münaqişədən zərərçəkən ailələr üçün gigiyena dəstləri gətirib

ÜST münaqişədən zərərçəkən ailələr üçün gigiyena dəstləri gətirib ÜST-nin münaqişədən zərər çəkmiş bölgələrdəki missiyası davam edir.
Sağlamlıq
15 Dekabr , 2020 10:49
ÜST münaqişədən zərərçəkən ailələr üçün gigiyena dəstləri gətirib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş bölgələrdəki missiyası davam edir.

"Report" xəbər verir ki, missiya üzvləri Ağdam rayonunda olub, yerli icra hakimiyyətini və müxtəlif səhiyyə müəssisələrini ziyarət edərək tibbi ehtiyacları öyrənmək üçün müzakirələr aparıb.

Həmçinin, rayonun Üçoğlan və Qaradağlı kənd həkim məntəqələrinə baş çəkilib. Ziyarət edilən xəstəxanalara maska yardımı edilib və yerli icra hakimiyyətinə zərərçəkmiş ailələrə paylanması üçün gigiyena dəstləri verilib.

Son xəbərlər

Orphus sistemi