Mütəxəssis: Dişlərdə ağrı ölümcül xəstəliyin əlaməti ola bilər

Mütəxəssis: Dişlərdə ağrı ölümcül xəstəliyin əlaməti ola bilər Rusiya Səhiyyə Nazirliyinin baş stomatoloqu Oleq Yanuşeviç "Moskva 24" telekanalına müsahibəsində dişlərdə ağrının hansı xəstəliklərin əlaməti ola bilməsindən danışıb
Sağlamlıq
7 Aprel , 2021 08:21
Mütəxəssis: Dişlərdə ağrı ölümcül xəstəliyin əlaməti ola bilər

Rusiya Səhiyyə Nazirliyinin baş stomatoloqu Oleq Yanuşeviç "Moskva 24" telekanalına müsahibəsində dişlərdə ağrının hansı xəstəliklərin əlaməti ola bilməsindən danışıb.

“Report”un məlumatına görə, mütəxəssis üst çənə dişlərində ağrının onkoloji xəstəliklərlə bağlı ola bilməsindən bəhs edib.

"Onlar bəzən maksiller sinusda meydana gəlir. Şiş prosesi inkişaf edir və bu, dişlərdəki hisslərə də təsir edə bilər", - Yanuşeviç deyib.

Bundan başqa, stomatoloqun sözlərinə görə, dişlər qaymoritin də əlaməti ola bilər.

"Bu ona görədir ki, dişlər çənə sinuslarına çox yaxın yerləşir. Sinüzit (qaymorit) baş verərsə, bu, dişlərdə ağrılara səbəb ola bilər", - mütəxəssis əlavə edib.

Həkim əlavə edib ki, hava və atmosfer təzyiqi dəyişiklikləri, həmçinin temperatur anomaliyaları heç vaxt diş hislərinə təsir etməməlidir.

Son xəbərlər

Orphus sistemi