Monik İpekel: "Liv Bona Dea Hospital" ilə birgə bütün qadınlara və uşaqlara fərqli xidmət göstərməyi planlaşdırırıq”

Sağlamlıq
  • 10 sentyabr, 2022
  • 10:08
Monik İpekel: Liv Bona Dea Hospital ilə birgə bütün qadınlara və uşaqlara fərqli xidmət göstərməyi planlaşdırırıq”

"Liv Bona Dea Hospital" ilə birgə bütün qadınlara və uşaqlara fərqli xidmət göstərməyi planlaşdırırıq".

Bunu “Report”a açıqlamasında Türkiyə-Azərbaycan könüllüsü Monik İpekel deyib.

Onun sözlərinə görə, məqsəd iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verməkdir:

"Yaxşı ana olduğunuz zaman vətənə faydalı övlad yetişdirirsiniz. Türkiyədə də bu cür layihələrə xüsusilə önəm veririk. Konfranslarımız davam edəcək və çalışdığımız qədər insanları xərçəng xəstəliyi ilə bağlı maarifləndirməyə çalışacağıq”.

O qeyd edib ki, Azərbaycanda insanları xərçəng xəstəliyi ilə bağlı maarifləndirməyə çalışacaqlar.