Mingəçevirin tibb işçiləri Uşaq Nevroloji Sanatoriyasında uşaqlar üçün bayram şənliyi keçirib

Mingəçevirin tibb işçiləri Uşaq Nevroloji Sanatoriyasında uşaqlar üçün bayram şənliyi keçirib Mingəçevir. 1 iyun REPORT.AZ/ Mingəçevir Mərkəzi Xəstəxanasının kollektivi Uşaq Nevroloji Sanatoriyasının sakinlərini bayram hədiyyələri ilə sevindirib.
Sağlamlıq
2 İyun , 2018 16:31
Mingəçevirin tibb işçiləri Uşaq Nevroloji Sanatoriyasında uşaqlar üçün bayram şənliyi keçirib
Report
0 : 00
0 : 00

Mingəçevir. 1 iyun REPORT.AZ/ Mingəçevir Mərkəzi Xəstəxanasının kollektivi Uşaq Nevroloji Sanatoriyasının sakinlərini bayram hədiyyələri ilə sevindirib.

”Report”un Şirvan bürosu xəbər verir ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Mingəçevir Mərkəzi Xəstəxanasının kollektivi 7 saylı Uşaq Nevroloji Sanatoriyasının sakinləri üçün bayram şənliyi keçirib. Şəhər səhiyyə həmkarlar şurasının təşəbbüsü ilə keçirilən tədbir zamanı uşaqlar üçün bayram süfrəsi açılıb, musiqili əyləncəli şənlik düzənlənib.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərova və xəstəxana səhiyyə həmkarlar şurasının sədri Allahverdi Alıyev sanatoriya sakinlərini bayram münasibəti ilə təbrik edərək ən xoş arzularını bildiriblər.

Qeyd edək ki, şənlik ərzində qonaqlar qayğıya xüsusi ehtiyacı olan uşaqları xüsusi nəvazişlə əhatə edərək əyləndirib, hədiyyələr paylanıb və bayram tortu kəsilib.

Son xəbərlər

Orphus sistemi