Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi işdən çıxarılıb

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi işdən çıxarılıb Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb
Sağlamlıq
317
22 Fevral , 2018 15:27
Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi işdən çıxarılıb

Bakı. 22 fevral.  REPORT.AZ/ Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılıb.

"Report"un məlumatına görə, o, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

İ.Mirzəliyev artıq yeni vəzifəsinin icrasına başlayıb.

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsi isə müvəqqəti olaraq Xəstəxananın Poliklinika şöbəsinin müdiri Hüseyin Şahmalıyevə tapşırılıb.

Qeyd edək ki, İsmayıl Mirzəliyev daha əvvəl Quba Rayon Mərkəzi Xəstəxanasında işləyib.

Son xəbərlər

Orphus sistemi