Azərbaycanın regionlarında və paytaxt Bakıda yerləşən məktəblərdə qızılcaya görə məktəb binasına daxil olarkən şagirdlərin temperaturlarının ölçülməsinə başlanılıb.
"Report"un məlumatına görə, bu işlər qızılcaya qarşı profilaktik tədbirlər çərçivəsində aparılır.
Bundan başqa, şagirdlərlə qızılca xəstəliyi mövzusunda maarifləndirici söhbətlər aparılır, şagirdlərə şəxsi gigiyenalarına xüsusi diqqət vermək tövsiyə olunur.
Qeyd edək ki, son günlər regionlarda və paytaxtda qızılcaya yoluxma hallarında artım müşahidə edilir.