Baş həkim: "Məktəbdə infeksion xəstəlik aşkar olunsa, həmin ərazi ocaqlı dezinfeksiya olunur"

Baş həkim: "Məktəbdə infeksion xəstəlik aşkar olunsa, həmin ərazi ocaqlı dezinfeksiya olunur" “Dezinfeksiya edici maddələr ocaqlı və profilaktik dezinfeksiya məqsədilə istifadə olunur. Ocaqlı dezinfeksiyada infeksion xəstəlik keçirmiş xəstənin olduğu yer dezinfeksiya edilir, profilaktik dezinfeksiyadan isə infeksion xəstəliyin yaranmasının qarşısı
Sağlamlıq
119
15 Mart , 2021 12:11
Baş həkim: Məktəbdə infeksion xəstəlik aşkar olunsa, həmin ərazi ocaqlı dezinfeksiya olunur

“Dezinfeksiya edici maddələr ocaqlı və profilaktik dezinfeksiya məqsədilə istifadə olunur. Ocaqlı dezinfeksiyada infeksion xəstəlik keçirmiş xəstənin olduğu yer dezinfeksiya edilir, profilaktik dezinfeksiyadan isə infeksion xəstəliyin yaranmasının qarşısını almaq üçün istifadə edilir”.

“Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Bakı Şəhər Dezinfeksiya Mərkəzinin baş həkimi Akif Məmmədov deyib.

Onun sözlərinə görə, bu məqsədlə virus və bakteriyaların daha çox yayılmasına səbəb olan yerlər- əhalinin sıx məskunlaşdığı ərazilər, məktəblər, müəssisələr dezinfeksiya olunur: “Dezinfeksiyaedici maddələr mikroorqanizimləri yəni xəstəlikləri virus və bakteriyaları qısa müddətdə məhvetmə xüsusiyyətinə malik olmalıdır, həmçinin insan orqanizmi üçün də zərərsiz olmalıdır”.

Baş həkim eyni zamanda qeyd edib ki, təhsil müəssisələrində dezinfeksiya işləri adətən nəm üsul ilə aparılır: “Bu üsulda məktəblərdə dezinfeksiya işləri apardıqdan 2 saat sonra nəm dəsmal ilə silinməlidir. Dezinfeksiya məqsədilə bromosept istifadə olunur. Bu zaman da sinif otaqlarını partaları pəncərə altlıqları, pilləkən tutacaqları dezinfeksiya olunur. Profilaktika məqsədilə həftədə 1 dəfə ancaq məktəbdə infeksion xəstəlik aşkar olunarsa istisna olaraq həmin ərazi ocaqlı dezinfeksiya olunur. Bu dezinfeksiyalarla yanaşı məktəblərdə növbələr arası cari dezinfeksiya işləri də aparılmalıdır”.

Mütəxəssis həmçinin bu maddələrin insan sağlamlığına hər hansı bir zərərinin olub-olmaması məsələsinə də aydınlıq gətirib: “Bu maddələr normalda insan orqanizmi üçün zərərsizdir, amma ehtiyatsızlıq nəticəsində əlimiz dəysə və yaxud da hər hansı nahiyəmizə təmas etsə ziyanı ola bilər. Əldə, dəridə qaşınma, qızartı gözdə göynəmə hissi yarana bilər. Əsasən təhlükəsizlik qaydalarına diqqət etməliyik. Bunun üçün ilk öncə bu işi görən işçilər xüsusi geyimlərdən (xüsusi əlcək, maska, eynəklərdən) istifadə etməlidir. Digər insanların təhlükəsizliyi üçün müvafiq əməkdaşlar təlimatlandırılır”.

Son xəbərlər

Orphus sistemi