"Medcenter" və "Modern Hospital" cəbhə bölgəsinə səfərbər olunub

"Medcenter" və "Modern Hospital" cəbhə bölgəsinə səfərbər olunub "Medcenter" Şirkəti  müalicə məqsədləri üçün 50 min manat məbləğində travmatoloji implant və alətləri təmənnasız olaraq bağışlayıb
Sağlamlıq
3 Oktyabr , 2020 12:58
Medcenter və Modern Hospital cəbhə bölgəsinə səfərbər olunub

"Modern" Şirkətlər Qrupuna daxil olan "Medcenter" və "Modern Hospital" öz həkim briqadası və maddi-texniki bazası ilə  könüllü olaraq cəbhə bölgəsinə səfərbər olunub.

"Report" xəbər verir ki, "Modern Hospital"ın cərrah, travmatoloq və təcilli tibbi yardım həkimləri düşmən təxribatı nəticəsində yaralanan əsgər və vətəndaşlarımıza tibbi dəstək göstərirlər.

Bununla yanaşı, "Medcenter" şirkəti müalicə məqsədləri üçün 50 min manat məbləğində travmatoloji implant və alətləri təmənnasız olaraq bağışlayıb.

Qeyd edək ki, "Modern Hospital" 2008-ci ildə Bakıda fəaliyyətə başlamış, müasir avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı həkimlərin çalışdığı bir xəstəxanadır. Xəstəxanada cərrahiyyə, reanimasiya, stasionar, radiologiya, travmatologiya, laboratoriya, stomatologiya və digər tibbi xidmətlər mövcuddur.

"Modern Hospital"da Türkiyə, Koreya, Almaniya kimi xarici ölkələrdə təhsil almış yüksək ixtisaslı həkim heyəti çalışır.

"Modern Hospital"da 2018-ci ildən sağalmayan yanıq yaraları, çapıqlar, dəri qırışları, dəri sallanmaları, diabetik ayaq yaralarının müalicəsində istifadə olunan regenrativ hüceyrə köçürməsi da tətbiq olunmağa başlanmışdır.

"Medcenter" şirkəti travmatologiya sahəsində qlobal səviyyədə məşhurlaşmış Amerikanın Zimmer və Polşanın CHM brendlərinin Azərbaycandakı rəsmi distribyutorudur.  Şirkət Azərbaycanda 2019-cu ildən fəaliyyət göstərir. "Medcenter" şirkəti həmçinin şəkərli diabet xəstələrinin müasir üsullarla müalicəsi sahəsinə də investisiya qoyuluşu edib. Yaxın gələcəkdə bu xidmət diabetik xəstələrə təklif olunacaq.

Son xəbərlər

Orphus sistemi