Mədə xərçənginə tutulan proqram təminatçısının müalicəyə ehtiyacı var

Mədə xərçənginə tutulan proqram təminatçısının müalicəyə ehtiyacı var Proqram təminatçısı Telman Yusupov mədə xərçəngi xəstəliyindən əziyyət çəkir.
Sağlamlıq
31 Avqust , 2021 11:32
Mədə xərçənginə tutulan proqram təminatçısının müalicəyə ehtiyacı var

Proqram təminatçısı Telman Yusupov mədə xərçəngi xəstəliyindən əziyyət çəkir.

"Report" xəbər verir ki, ona bu diaqnoz ötən ilin noyabr ayında qoyulub.

T.Yusupov artıq xəstəliyin 4-cü mərhələsindədir (adenokarsinomanın). Həkimlər onun yaşamaq üçün üç aydan da az vaxtı qaldığını bildiriblər.

O, xəstəliklə mübarizə aparsa da, bu ilin may ayında kimyəvi terapiya və radiasiya müalicələrini dayandırıb. Buna səbəb müalicə üçün maddi imkanının aşağı olmasıdır. Bu zaman çərçivəsində isə xəstəlik inkişaf edir və qida qəbulu çətinləşib.

T.Yusupovun son ümidi immunoterapiyadır. Bu, müxtəlif növ xərçənglərin müalicəsində sağalmağa yardımçı olsa da, immunoterapiya mədə xərçənginin müalicəsi üçün hökumət tərəfindən maliyyələşdirilmir və bu müddət çərçivəsində klinik sınaq imkanı yoxdur. İmmunoterapiyanın hər müalicəsi üçün orta hesabla 8 000-10 000 dollar xərclənir. Xəstədə yaxşılaşma əlamətləri görünənə qədər terapiya bir neçə ay ərzində hər iki həftədə bir tətbiq olunmalıdır. Onun yaşaması üçün yardıma ehtiyacı var.

Qeyd edək ki, T.Yusupovun 3 azyaşlı övladı - Timur (10 yaş), Daşa (9 yaş), Anika (2 yaş 5 aylıq) var.

Son xəbərlər

Orphus sistemi