Bu ay qida zəhərlənməsindən 16 nəfər KTM-ə müraciət edib

Bu ay qida zəhərlənməsindən 16 nəfər KTM-ə müraciət edib Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə may ayı ərzində tək qida zəhərlənməsindən 16 nəfər müraciət edib.
Sağlamlıq
24 May , 2022 16:28
Bu ay qida zəhərlənməsindən 16 nəfər KTM-ə müraciət edib

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə may ayı ərzində tək qida zəhərlənməsindən 16 nəfər müraciət edib.

"Report" xəbər verir ki, bu barədə şöbə müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, əsas zəhərlənmələr meyvə və tərəvəz məhsulları ilə qidalanmadan baş verir: “Buna səbəb isə meyvə və tərəvəz məhsullarına verilən gübrənin tərkibində nitratların və nitritlərin çox olmasıdır. Bu cür zəhərlənmə hallarında vətəndaşlar əsasən mədə nahiyyəsində olan ağrılardan, köpdən, ürəkbulanmadan, qusmadan, baş gicəllənmədən, ümumi zəiflikdən və ishaldan şikayətlənir. Belə hallarla qarşılaşdıqda mütləq həkimə müraciət edin”.

Son xəbərlər

Orphus sistemi