Leyla Şıxlinskaya Klinikası fəaliyyətini bərpa edəcək

Leyla Şıxlinskaya Klinikası fəaliyyətini bərpa edəcək Oktyabrın 1-dən klinikaya yenidən lisenziya veriləcək
Sağlamlıq
492
29 Sentyabr , 2015 16:30
Leyla Şıxlinskaya Klinikası fəaliyyətini bərpa edəcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bir müddət əvvəl fəaliyyətini dayandıran Leyla Şıxlinskaya Klinikası fəaliyyətini bərpa edir. "Report"un əldə etdiyi məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova təsdiqləyib.

Məlumata əsasən, hələ avqust ayında "NORD STAR" şirkəti Leyla Şıxlinskaya Klinikasının fəaliyyətinə razılıq lisenziyasının müddətinin uzadılması üçün nazirliyə rəsmi qaydada müraciət edib: "Müraciətə baxılıb və qərar qəbul edilib ki, oktyabrın 1-dən klinikaya yenidən lisenziya veriləcək. 5 illik müddəti olan lisenziya bir neçə ixtisas üzrə stasionar və ambulator müalicə aparmağa imkan verir".

Xatırladaq ki, klinikanın lisenziyasının müddəti bu ilin avqust ayında başa çatmışdı. 

Son xəbərlər

Orphus sistemi