Lerikdə qəzaya düşənlərin son durumu açıqlanıb, ikisinin vəziyyəti ağırdır

Lerikdə qəzaya düşənlərin son durumu açıqlanıb, ikisinin vəziyyəti ağırdır Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Sağlamlıq
5 Sentyabr , 2022 10:50
Lerikdə qəzaya düşənlərin son durumu açıqlanıb, ikisinin vəziyyəti ağırdır

Lerik rayonunun Günəşli kəndində baş verən yol qəzasında xəsarət alanların son durumu açıqlanıb.

TƏBİB-dən "Report"a bildirilib ki, xəsarət alanların müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Məlumata görə, xəstəxananın Reanimasiya şöbəsində müalicəsi aparılan 8 nəfərdən (7-si qadın, 1-i kişi olmaqla) ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, sentyabrın 4-də rayonun Günəşli kəndində yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb. Nəticədə rayonun Göyşaban kənd sakini - Xəlilova Dilarə İslam qızı, Boladi kənd sakinləri - Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı vəfat edib. Sürücü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən, palataya köçürülüb.

Son xəbərlər

Orphus sistemi