Lənkəranda son bir ildə 118 nəfər açıq ürək əməliyyatı olunub

Lənkəranda son bir ildə 118 nəfər açıq ürək əməliyyatı olunub Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdində açılan Ürək-damar cərrahiyyəsi şöbəsi fəaliyyətə başladığı dövrdən bu günə qədər 1 859 pasiyent müraciət edib.
Sağlamlıq
16 May , 2024 12:41
Lənkəranda son bir ildə 118 nəfər açıq ürək əməliyyatı olunub

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdində açılan Ürək-damar cərrahiyyəsi şöbəsi fəaliyyətə başladığı dövrdən bu günə qədər 1 859 pasiyent müraciət edib.

Bu barədə "Report"un Lənkərana ezam olunmuş əməkdaşına xəstəxananın Ürək-damar mərkəzinin Baş həkimi Vüsal Dənziyev məlumat verib.

Onun sözlərinə görə, ötən ilin fevral ayından bu günə qədər 118 açıq ürək əməliyyatı icra olunub: "Onlardan 13-ü klapan dəyişdirilməsi və təmiri, yerdə qalanı aorta koronar şuntlama əməliyyatı olub, 600 nəfərə stend qoyulub".

Baş həkim bildirib ki, İnvaziv kardiologiya şöbəsində ilk dəfə 3 pasiyentə ürəkdaxili cihaz implantasiyası, 2 pasiyentə ürək ritminin ablasiya ilə invaziv müalicəsi icra edilib.

V.Dənziyev əlavə edib ki, müraciət edən pasiyentlər əsasən 65 yaşdan yuxarı şəxslərdir.

Qeyd edək ki, Ürək-damar cərrahiyyəsi şöbəsi 2023-cü ilin fevral ayından açılıb.

Son xəbərlər

Orphus sistemi