Lənkəranda dezinfeksiya işləri aparılır

Lənkəranda dezinfeksiya işləri aparılır Lənkəranda ərazisində COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri mütəmadi olaraq aparılır.
Sağlamlıq
12 Avqust , 2021 18:33
Lənkəranda  dezinfeksiya işləri aparılır

Lənkəran ərazisində COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri mütəmadi olaraq aparılır.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, xəstəliyin geniş yayılmasının qarşısının alınmasından ötrü rayonda bütün qüvvələr səfərbər olunub.

Şəhər İcra hakimiyyətində yaradılan operativ qərargahın üzvləri və mobil qruplar tərəfindən rayon ərazisində pandemiya ilə bağlı vəziyyət müntəzəm olaraq öyrənilir, karantin qaydalarına düzgün riayət olunmasına nəzarət olunur, izahat-təbliğat işləri davam etdirilir. Eyni zamanda pandemiya mənbələrinin yaranmasına imkan verməmək üçün şəhər təsərrüfatına daxil olan xidmət idarələrinin maşın-mexanizmləri və texniki avadanlıqları vasitəsilə şəhərin küçələri, çoxmənzilli yaşayış binalarının ətrafları, giriş hissələri, zirzəmilər, pilləkən qəfəsləri, insanların çox toplaşdığı yerlər, avtobuslar mütəmadi olaraq kimyəvi məhlullarla dezinfeksiya olunur. Xüsusilə şəhərdə və rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında, ictimai iaşə müəssisələrində, ictimai nəqliyyatda karantin qaydalarına əməl olunması, maska və qoruyucu vasitələrdən müntəzəm istifadə, sosial məsafənin gözlənilməsi vəziyyətini daim nəzarətdə saxlamaqdan ötrü məsul şəxslərin iştirakı ilə reydlər keçirilir, sahibkarlarla izahat işləri aparılır, qayda pozuntularına yol verən subyektlərə qarşı sərt tədbirlər görülür, xəbərdarlıq edilməklə cərimələr tətbiq edilirr. Mərkəzi xəstəxanada və müvafiq şəraitə malik digər tibb müəssisələrində vaksinasiya tədbirləri davam etdirilir, vaksin olunanlara müvafiq sənəd verilir.

Son xəbərlər

Orphus sistemi