Kürdəmirdə şadlıq sarayının rəhbərliyi cərimələnib

Kürdəmirdə şadlıq sarayının rəhbərliyi cərimələnib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarıKürdəmir rayonu, M.Ə.Sabir 12 ünvanında fəaliyyət göstərən fiziki şəxs Qəribov Laçın Qaybalı oğluna məxsus "Muradxan” şadlıq sarayında keçirdiyi baxış zamanı pandemiya dövrünün tələblərinin po
Sağlamlıq
17 Noyabr , 2021 09:53
Kürdəmirdə şadlıq sarayının rəhbərliyi cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarıKürdəmir rayonu, M.Ə.Sabir 12 ünvanında fəaliyyət göstərən fiziki şəxs Qəribov Laçın Qaybalı oğluna məxsus "Muradxan” şadlıq sarayında keçirdiyi baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

AQTA-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi