Kürdəmirdə ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Kürdəmirdə ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Dəmirov Elnur Qardaşxan oğluna məxsus ictimai iaşə müəssisəsində yoxlama keçirib.
Sağlamlıq
12 İyun , 2021 11:30
Kürdəmirdə ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Dəmirov Elnur Qardaşxan oğluna məxsus ictimai iaşə müəssisəsində yoxlama keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkara qanunvericiliyin tələbləri izah olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Son xəbərlər

Orphus sistemi