Kürdəmirdə bir sıra yeməkxanalarda nöqsanlar aşkarlanıb

Kürdəmirdə bir sıra yeməkxanalarda nöqsanlar aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kürdəmirdə təşkil etdiyi reyd çərçivəsində yeməkxana kimi fəaliyyət göstərən bir sıra obyektlərə baxış keçirilib, nöqsanlar aşkar edilib.
Sağlamlıq
28 Oktyabr , 2021 00:55
Kürdəmirdə bir sıra yeməkxanalarda nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kürdəmirdə təşkil etdiyi reyd çərçivəsində yeməkxana kimi fəaliyyət göstərən bir sıra obyektlərə baxış keçirilib, nöqsanlar aşkar edilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Agentliyin Şamaxı Regional Bölməsi tərəfindən Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsi boyunca yerləşən yeməkxanalara baxış keçirilib. Mətbəxlərin vəziyyəti, qidaların hazırlanma və saxlanma normaları analiz edilib. Yoxlamalar nəticəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozuntusu aşkarlanıb. Əksər yeməkxanalarda çiy və bişmiş qidaların eyni yerdə saxlanması, mətbəxlərdə isti və soyuq su şəraitinin olmaması, tullantı qablarının ağzı açıq saxlanılması əksər obyektlərdə müşahidə edilən hallardan olub. Ət və süd məhsullarının hansı təsərrüfata aid olması, həmin təsərrüfatın sağlam olması haqqında arayışlar yoxlamaya təqdim edilməyib.

Qeyd edilir ki, reyd çərçivəsində yol kənarlarında fəaliyyət göstərən 5 yeməkxanaya baxış keçirilib, onlardan 3-də gigiyena qaydalarının kobud şəkildə pozulması, həmçinin işçilərin tibbi müayinəyə cəlb edilmədiyi müəyyən olunub.

Reyd zamanı aşkar edilən nöqsanlar barədə qanunvericilik tələbləri daxilində tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi