"Report" TRT-yə istinadən xəbər verir ki, Cenevrə Universiteti Xəstəxanasına 20 noyabr tarixində gətirilən Felix Baez Sarria, İsveçrədə müalicə olunan ilk Ebola xəstəsi olub.
Xəstəxanada xüsusi bir otaqda müalicə olunan 43 yaşlı həkim, Sierra Leonaya Ebolayla mübarizə məqsədiylə gedən 165 Kubalı həkimdən biri olub.
Dünya Səhiyyə Təşkilatından məlumatına əsasən, bu günə qədər müxtəlif ölkələrdə 622 səhiyyə işçisi ölümcül virusa yoluxub, onlardan 346-sı dünyasını dəyişib.
Qərbi Afrikada bu günə qədər 6 mindən çox adam Ebola virusuna yoluxaraq həyatını itirib.