KTM Ələtdə baş verən yol qəzasında yaralananların son durumunu açıqlayıb

KTM Ələtdə baş verən yol qəzasında yaralananların son durumunu açıqlayıb Bu gün səhər saatlarında Bakı-Ələt yolunda baş verən avtomobil qəzası nəticəsində yaralanan beş nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.
Sağlamlıq
8 Avqust , 2022 11:34
KTM Ələtdə baş verən yol qəzasında yaralananların son durumunu açıqlayıb

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda baş verən avtomobil qəzası nəticəsində yaralanan beş nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

Bu barədə "Report"a KTM-dən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan şəxslərdən birinin - 1988-ci il təvəllüdlü şəxsin vəziyyəti nisbətən ağır olduğu üçün Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

Digər yaralılar - 1997 və 1990-cı il təvəllüdlü şəxslərdə gicgah nahiyəsinin travması, 1978-ci il təvəllüdlü şəxsdə burun sümüyünün sınığı və 1988-ci il təvəllüdlü şəxsdə ayaq-daraq sümüyünün sınığı aşkarlanıb və hər birinə müvafiq tibbi yardımlar göstərilib.

Artıq yaralanan beş nəfərdən dördü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi